Agentlik sərnişin və sürücülərə müraciət etdi- EHTİYATLI OLUN!
24 yanvar 2020 17:10 (UTC +04:00)

Agentlik sərnişin və sürücülərə müraciət etdi- EHTİYATLI OLUN!

Bakı Nəqliyyat Agentliyi (BNA) hazırda müşahidə olunan hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edib.

Agentlikdən Lent.az-a verilən məlumata görə, qurum sərnişinlərdən avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olmağı xahiş edir: “Sərnişinlər dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir. Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olan zaman yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə əməl etsinlər”.

Xəbərdə qeyd olunub ki, hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib: “Hər hansı bir narahatlıq olduğu zaman Bakı Nəqliyyat Agentliyinin 141 Çağrı Mərkəzinə zəng etmənizi xahiş edirik”.

 

# 1233
avatar

Aygün İbrahimli

Oxşar yazılar