
Azərbaycanda ilk dəfə – cəmi 21 günə mobil е-mağaza və İOS/Android tətbiqlərinin hazırlanması - FOTO - VİDEO
Biznes təyinatlı proqram təminatları hazırlayan Cubics Technology MMC şirkəti elektron ticarət bazarına tam yeni Brandonline texnologiyası ilə fərqlilik qatdı. Həmin texnologiya sahəsində hər bir sahibkar şəxsi brendinə uyğunlaşdırılmış və istifadəyə tam hazır olan onlayn mağazanın sahibi olmaq imkanı əldə edəcək.
Əlavə olaraq paketə Android və İOS əməliyyat sistemlərindəki mobil tətbiqlər də daxildir. Ümumi paketin hazırlanması üçün isə cəmi 3 həftə tələb olunur.
Brandonline e-ticarət platformasının əsas məqsədi şirkətinizin inkişafına təkan verməkdir. Bu platforma mobil mağazanızın çeşidini heç bir proqramlaşdırma bacarığı olmadan idarə etməyə imkan verir və bununla da onlayn satış prosesini xeyli asanlaşdırır, daimi müştərilərin və sifarişlərin sayını kəskin şəkildə artırır.
Rahat bir idarəetmə sisteminə və 3 dildə sadə və çevik interfeysə malik platforma həmçinin SMS ilə müştəri qeydiyyatının təsdiqi, eləcə də reklam aksiyalarının Push və SMS bildirişlərin vasitəsilə göndərilməsini dəstəkləyir. Saytın və mobil tətbiqetmənin tərkibinə məhsulların kataloqu, tək səbət sistemi və ödəniş sistemləri də daxildir.
https://www.youtube.com/embed/Y21YmvBBcM4
Brandonline platformasının seçimində ən önəmli üstünlüklər:
• Məqsədlərinizi həyata keçirmək üçün çalışan peşakar mütəxəssislər komandası ilə əməkdaşlıq.
• Öz server infrastrukturu olmadığı təqdirdə bildirilmiş icra müddətlərinə uyğunluq.
• Yekun məhsulun keyfiyyətinə zəmanət.
Brandonline-nın xidmətləri arasında həmçinin yekun məhsula tez və effektiv uyğunlaşmaları məqsədi ilə satış və inzibatçı heyəti üçün nəzərdə tutulan təlim də daxildir. Əlavə məlumat əldə etmək üçün www.brandonline.az linkinə müraciət edə və ya (+994 12) 480 15 74 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Instagram – @brandonline.az
Qeyd edək ki, Cubics Technology MMC Paşa Bankın texnoloji tərəfdaşıdır. Özündə sadəlik və rahatlığı cəmləşdirən və ən qabaqcıl texnologiyalardan istifadə edən bu şirkət sizə ən yaxşısını təklif edir.
Brandonline platformasının təqdimat mərasimin necə keçirilməsilə bağlı aşağıda təqdim edilmiş fotoreportajdan baxa bilərsiniz.

Oxşar yazılar

Xəzərdə tarix yazıldı: "Dostluq" qalib gəldi
21 yanvar 2021 , 18:07
“Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir
21 yanvar 2021 , 16:23
Makqreqor - Porye qarşıdurmasına 1xBet-dən "Risk etmədən mərc"
21 yanvar 2021 , 16:20
Unibank müştəriləri üçün vacib məlumat!
21 yanvar 2021 , 16:15
“Araz” 10 illiyi münasibətilə müştərilərinə 10 avtomobil qazanma şansı verir
21 yanvar 2021 , 15:48
ƏDV-ni geri alan BirBank istifadəçiləri Visa-dan əlavə pul qazana bilərlər!
21 yanvar 2021 , 14:12
ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc!
21 yanvar 2021 , 14:10
"Kapital Bank" 2020-ci ilin nəticələrini elan edib
21 yanvar 2021 , 11:02