Azay Quliyev İsrafil Haşımov, Üzeyir Hacıbəyli, Svetlana Məmmədova və Ənvər Əlixanlı küçələrinin sakinləri ilə görüşüb
23 yanvar 2020 21:04 (UTC +04:00)

Azay Quliyev İsrafil Haşımov, Üzeyir Hacıbəyli, Svetlana Məmmədova və Ənvər Əlixanlı küçələrinin sakinləri ilə görüşüb

Bu gün Azay Quliyev 6-cı mikrorayon, Svetlana Məmmədova küçəsində seçicilərlə görüşüb.

Görüş zamanı seçicilər Azay Quliyevə keçən müddət ərzində onlara verdiyi dəstəyə, xüsusilə binaların həyətinın abadlaşması haqqında müraciətlərini rayon icra hakimiyyətinə çatdıraraq onun həllinə nail olduğuna görə təşəkkür ediblər. Seçicilərin müraciət və təkliflərini dinləyən Azay Quliyev onların həlli üçün aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını bildirib.

A.Quliyev ilk dəfə Azərbaycanda 8 saylı Binəqədi birinci seçki dairəsinin seçicilərinin istifadəsinə verilən e-kabinetin əhəmiyyətindən danışaraq bütün seçiciləri adıçəkilən xidmətdə qeydiyyatdan keçməyə çağırıb.

Daha sonra A.Quliyev seçicilərin təklifi ilə İsrafil Haşımov 8, Üzeyir Hacıbəyli 2/10 və 6, Svetlana Məmmədova 207 və 209, həmçinin, Ənvər Əlixanlı 89 saylı ünvanlarda olaraq həmin ərazidə mövcud problemlərlə də tanış. Bütün təklif və müraciətlər ümumiləşdirərək onların həlli istiqamətlərinə müvafiq addımların atılacağı bildirilib.

# 1759
avatar

Oxşar yazılar