
Güclü küləklə bağlı əhaliyə XƏBƏRDARLIQ
Sabah Bakıda və Abşeron yarımadasında güclü külək əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 24-də güclü şimal-qərb küləyi əsəcək. 24-dən 25-i səhərədək hava şəraitinin yağıntılı keçəcəyi, arabir intensivləşəcəyi gözlənilir.
Yanvarın 24-də axşam, 25-nə keçən gecə bəzi yerlərdə yağışın sulu qara, qara keçəcəyi ehtimalı var. Havanın temperaturunun yanvarın 24-dən 25-nə keçən gecə 0-2 dərəcə şaxta təşkil edəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında yanvarın 25-dək hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir. Arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal olunur. Şimal-qərb küləyi arabir güclənəcək.
Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Oxşar yazılar

Azərbaycana Pfizer peyvəndi də gətiriləcək
27 yanvar 2021 , 15:07
Tarix İnstitutuna yeni direktor seçildi
27 yanvar 2021 , 13:37
Sabah hava necə olacaq? - PROQNOZ
27 yanvar 2021 , 13:15
Düşmənin dağıtdığı evlər və infrastruktur bərpa olunur-FOTOLENT
27 yanvar 2021 , 13:11
Bu siniflərdə dərslərin açılması yubana bilər - SƏBƏB
27 yanvar 2021 , 12:37Dünyaca məşhur fotoqraf Kəlbəcərdən yazdı
27 yanvar 2021 , 12:09
"Qaradağdakı şəhid məzarları ilə bağlı ciddi tapşırıqlar verilib" - Mehdi Mehdiyev
27 yanvar 2021 , 12:06
Yeni nazir kollektivə təqdim edildi
27 yanvar 2021 , 11:54