"Azərbaycanın İsraildə səfirliyinin açılmasına şad olarıq" - Səfir
24 yanvar 2020 11:32 (UTC +04:00)

"Azərbaycanın İsraildə səfirliyinin açılmasına şad olarıq" - Səfir

“Bu gün İsrail dünyada böyüyən və inkişaf edən bir gücdür”.

APA-nın xəbərinə görə, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik bu gün keçirdiyi mətbuat konfransında deyib.

Səfir ölkəsində Azərbaycanın səfirliyinin açılması məsələsinə münasibət bildirib.

“Müxtəlif ölkələr İsraildə diplomatik nümayəndəliklərini açmaq istəyir və biz buna müsbət yanaşırıq. Azərbaycanın da İsraildə səfirliyinin açılmasına şad olarıq. Bu addım Azərbaycan tərəfindən atılmalıdır. Azərbaycan hökumətini bu addımı atmağa çağırırıq”, - C. Dik qeyd edib.

# 1017
avatar

Oxşar yazılar