Klub rəsmisi danışılmış oyunu təsdiqlədi: heç-heçə üçün bu qədər ödənilib
22 yanvar 2020 15:51 (UTC +04:00)

Klub rəsmisi danışılmış oyunu təsdiqlədi: heç-heçə üçün bu qədər ödənilib

 

İspaniyanın “Osasuna” klubu danışılmış oyunlarda iştirak edib.

Apasport.az saytının məlumatına görə, bunu klubun sabiq katibi Anxel Viskay açıqlayıb.

Məhkəmədə ifadə verən ispaniyalı 2013 və 2014-cü illərdə danışılmış oyunlarda iştirak etdiklərini boynuna alıb. Onun sözlərinə görə, Pamplona təmsilçisi 2012/13 və 2013/14 mövsümlərində çempionatdakı yerini qorumaq üçün “Xetafe” və “Betis” üzərində qələbələr, həmçinin “Espanyol”la heç-heçə üçün rəqiblərinə pul ödəyib.

“Osasuna”nın sabiq 6 rəhbəri, “Betis”in 3 futbolçusu və 2 agentə qarşı ittiham irəli sürülüb. A.Viskay bildirib ki, “Xetafe”yə məğlubiyyət üçün 2013-cü ildə 400, “Betis”ə 250 min avro ödənilib.

Bundan başqa, “Osasuna” La Liqada qalmaq uğrunda əsas rəqibləri “Deportivo” və “Selta”nın rəqiblərini də stimullaşdırıb. Növbəti mövsümdə isə heç-heçə üçün “Espanyol”a 250 min avro verilib. Lakin pamplonalılar aşağı liqaya düşməkdən xilas olmayıb.

A.Viskay onu da bildirib ki, “Betis”in üç futbolçusu – Jordi Fiqeras, Xavi Torres və Antonio Amayya danışılmış oyunlara görə pul alıb. Bu oyunçular istintaqa cəlb olunublar.

# 1864
avatar

Oxşar yazılar