Nazirdən əmrə tabe olmayan sürücülərə ÇAĞIRIŞ
21 yanvar 2020 15:45 (UTC +04:00)

Nazirdən əmrə tabe olmayan sürücülərə ÇAĞIRIŞ

“Əsas vəzifə yol-hərəkəti qaydalarının kobudcasına pozulması hallarının qarşısını almaqdır”.

Lent.az-ın məlumatına görə, bu sözləri daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov “2019-cu ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi”ndə deyib. Nazir özünü qanundan üstün tutan sürücülərə də səslənib.

General-polkovnik V.Eyvazov yol hərəkətinin iştirakçıları, o cümlədən sürücülər arasında cəmiyyətdəki mövqeyinə, tutduğu vəzifəyə, peşəsinə görə özünü qanundan üstün tutan, törətdiyi qayda pozuntusuna rəğmən imtiyaz tələb edən şəxslərin mövcudluğunu təəssüflə xatırladaraq, belələrinə münasibətdə qanunla müəyyən edilmiş qaydada qəti tədbirlərin görülməsini də tələb edib. O, başlıca vəzifənin hərəkət iştirakçılarını cəzalandırmaq deyil, yol hərəkətinin təhlükəsizliyini və tənzimlənməsini təmin etmək, insanların həyat və sağlamlığının avtomobil qəzalarından qorunması kimi vacib və şərəfli vəzifələrin icrasını həyata keçirmək, yol-hərəkəti qaydalarının kobudcasına pozulması hallarının qarşısını almaq olduğunu bildirib.

# 1979
avatar

Mehman Nəbiyev

Oxşar yazılar