"Qarabağ"ın istədiyi futbolçu qalmaqal yaratdı
21 yanvar 2020 14:08 (UTC +04:00)

"Qarabağ"ın istədiyi futbolçu qalmaqal yaratdı

"Qarabağ"ın transfer gündəmində olan "Kordoba"nın hücumçusu Ovus Kvabena gözlənilmədən klubunun düşərgəsini tərk edib.

Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, Qana millisinin üzvü "Qarabağ"a qoşulmaq üçün bu addıma əl atıb.

Məsələ burasındadır ki, "Qarabağ" Kvabenanın keçidi üçün müqavilə ilə məxsus olduğu "Leqanes"lə ilkin razılıq əldə edib. Lakin 23 yaşlı futbolçu cari mövsümün sonuna qədər "Kordoba"ya icarəyə verilib. Bu baxımdan onun icazəsiz düşərgəni tərk etməsi və məşqə qatılmaması klub rəhbərliyinin narazılığına səbəb olub. Onlar ən azı yeni hücumçu transferinə qədər Kvabenanın komandaya kömək etməsini istəyirlər. Gənc forvard buna əməl etmədiyindən, aşağı liqa təmsilçisi onun barəsində tədbir görməyə, cəza tətbiq etməyə hazırlaşır.

Qeyd edək ki, Ovusu Kvabenanın "Leqanes"lə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.

# 1550
avatar

Oxşar yazılar