17:40
20 Yanvar 2020

Mayakovskinin kitabı hərraca çıxarılacaq

Rus şairi Vladimir Mayakovskinin şeirlər kitabı "Pioner & Co" hərrac evində nümayiş olunacaq.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, rəssam Lazar Lisitskinin “Səs üçün” rəsm dizaynı əsasında hazırlanan şeirlər kitabının başlanğıc qiyməti 950 min rubl təşkil edəcək.

Hərrac evindən verilən məlumata görə satışdan əldə olunan gəlirin bir hissəsi xeyriyyə məqsədi ilə “Kömək lazımdır” fonduna veriləcək.

Dİgər xəbərlər