Şamaxıda qəza zamanı ölən piyadanın kimliyi məlum olub - FOTO - YENİLƏNİB
19 yanvar 2020 01:30 (UTC +04:00)

Şamaxıda qəza zamanı ölən piyadanın kimliyi məlum olub - FOTO - YENİLƏNİB

 

 

Şamaxıda qəza zamanı ölən piyadanın kimliyi məlum olub

Şamaxı rayonunda yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən şəxsin kimliyi məlum olub. 

APA-nın yerli bürosunun xəbərinə görə, Şamaxı şəhərində "Mercedes" markalı mnik avtomobili hərəkətdə olarkən sərxoş vəziyyətdə qəflətən yola çıxan piyadanı, 1971-ci il təvəllüdlü Məsimov Nazim Əjdər oğlunu vurub.

O, aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində ölüb. 

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

****

 

18 yanvar, saat 22:451

 

Şamaxı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Şamaxı şəhərində  qeydə alınıb. 

Minik avtomobili yolu keçən piyadanı vuraraq öldürüb. Ölən şəxsin kimliyi məlum deyil. İlkin məlumata görə, dünyasını dəyişən şəxs sərxoş olub. 

Faktla bağlı araşdırma aparılır.

# 3351
avatar

Oxşar yazılar