Zorakılıqla üzləşən qadından İNANILMAZ addım: ərini göz damcısı ilə ...
18 yanvar 2020 18:15 (UTC +04:00)

Zorakılıqla üzləşən qadından İNANILMAZ addım: ərini göz damcısı ilə ...

ABŞ-da ərini göz damcıları ilə öldürməkdə təqsirli bilinən qadına 25 il həbs cəzası verilib.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, Cənubi Karolina ştatında yaşayan və ərinin zorakılığına məruz qalan 53 yaşlı Lana Klayton, 2018-ci ildə onun yeməklərinə göz damcıları tökməyə başlayıb. Üç gün bu şəkildə qida qəbul edən Steven Klayton qəfil dünyasını dəyişib. Pilləkənlərin qarşsıında ərinin meyitini görən qadın dərhal təcili yardıma və polisə xəbər verib.

Tibbi ekspertiza zamanı 64 yaşlı kişinin orqanizmində sinir sistemlərinə ziyan vuran “tetrizolin” maddəsinə rast gəlinib.

Həyat yoldaşının xəstəlik səbəbilə yıxılaraq ödlüyünü deyən qadın, ekspertizanın rəyindən sonra günahını etiraf edib. Ərindən şiddət gördüyü üçün ondan qisas almağa çalışdığını bildirən  L.Klayton göz damcılarının ölümə yol açacağını düşünmədiyini və əməlindən peşman olduğunu vurğulayıb.

Məhkəmə heyəti L.Klaytona 25 il həbs cəzası təyin edib.

# 2625
avatar

Mehman Nəbiyev

Oxşar yazılar