Ailə FACİƏSİ: oğlunu 12 bıçaq zərbəsi ilə öldürən ana özünü asdı- FOTO
18 yanvar 2020 15:49 (UTC +04:00)

Ailə FACİƏSİ: oğlunu 12 bıçaq zərbəsi ilə öldürən ana özünü asdı- FOTO

Psixoloji problemləri olan ana öz oğlunu bıçaqla öldürüb.

Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, hadisə dünən axşam saatlarında Toqat şəhərində baş verib. Mühəndis işləyən Mustafa Uzun işdən evə gələndə qapını heç kimin açmadığına görə çilingər çağırıb. Çilingər qapını açanda isə ata həyat yoldaşı Tuğba Uzunu mətbəxdə qaz borusundan asılı vəziyyətdə, 4-cü sinif şagirdi olan 10 yaşlı oğlu Kayranın isə yataq otağında hərəkətsiz qaldığını görüb.

Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Aparılan ilkin araşdırmalar nəticəsində, ruhi xəstəliklə əlaqədar müalicə alan ana Tuğba Uzunun oğlunu çörək bıçağı ilə 12 zərbə vurub öldürdükdən sonra intihar etdiyi məlum olub.

Hadisədən səhhəti pisləşən Mustafa Uzun xəstəxanaya yerləşdirilib.

Ana və oğul bazar günü Sivasda torpağa tapşırılacaq.

 

# 21166
avatar

Mehman Nəbiyev

Oxşar yazılar