Xırdalanda avtomobilin vurduğu piyada xəsarət alıb
17 yanvar 2020 21:45 (UTC +04:00)

Xırdalanda avtomobilin vurduğu piyada xəsarət alıb

 

Abşeronda gənc oğlanı avtomobil vurub.

APA xəbər verir ki, hadisə Xırdalan şəhərində baş verib.

Heydər Əliyev prospektində yolu keçmək istəyən 1990-cı il təvəllüdlü Kazımov Sədrəddin Tahir oğlunu minik avtomobili vurub. Yaralı 1 saylı Xəstəxanaya yerləşdirilib. Ona sağ budun və çanaq sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

# 923
avatar

Oxşar yazılar