Tükürpədici OLAY: Şeytan çıxarma ayini bir ailənin məhvi ilə nəticələndi
18 yanvar 2020 19:30 (UTC +04:00)

Tükürpədici OLAY: Şeytan çıxarma ayini bir ailənin məhvi ilə nəticələndi

Panamanın şimal-şərqində yerli sakinlərin yaşadığı və “Tanrının yeni işığı” adlanan təriqətin nəzarəti altında olan qəbiristanlıqda 7 nəfərin meyiti tapılıb.

Lent.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Məlumatda hamilə qadın və 5 uşağının və 17 yaşlı qonşularının şeytan çıxarma ayini əsnasında işgəncə ilə öldürüldüyü bildirilir.

Ölkənin Baş Prokurorluğu 15 adamın da yaralandığı hadisə ilə əlaqədar, aralarında ölən hamilə qadının atasının da olduğu 10 kişinin saxlandığını açıqlayıb. Öldürülənlər arasında bir yaşlı uşaq da var.

Prokuror Rafael Baloyes cəsədlərin ayinin baş tutduğu kilsədən 2 kilometr kənarda tapıldığını söyləyib. Hadisə ilə əlaqədar polisə şeytan çıxarma ayinindən qaçan 3 kəndli məlumat verib. Kilsədə kürək, bıçaq və çubuqlardan əlavə, qurban edilən bir ədəd keçi də tapılıb.

Prokuror Baloyes kilsəyə aparılan ailələrə burada işgəncə verildiyini vurğulayıb. Çubuqla döyüldüyü iddia edilən insanların kürək və bıçaqla öldürüldüyü qeyd olunur.

Ölənlərin “Tanrıdan onlara mesaj gəldiyini” söyləyərək qətliama qatıldıqları irəli sürülür. İstintaqa yaxın mənbə saxlanılanlar arasında öldürülən hamilə qadının ərinin də olduğu barədə məlumat verib.

Qeyd edək ki, hadisənin baş verdiyi Ngabe-Bugle bölgəsi paytaxt Panama Sitidən 250 kilometr aralıqda yerləşir. Bölgə ölkənin ən kasıb və savadsız yerlərindən biri sayılır.

# 6541
avatar

Mehman Nəbiyev

Oxşar yazılar