İmza vərəqələrini qaytaranlardan 90 faizindən çoxunun namizədliyi qeydə alındı
17 yanvar 2020 09:08 (UTC +04:00)

İmza vərəqələrini qaytaranlardan 90 faizindən çoxunun namizədliyi qeydə alındı

Milli Məclisə fevralın 9-na təyin olunan növbədənkənar seçkilərlə əlaqədar müraciət edən 2431 nəfərdən 1623-ün deputatlığa namizədliyi qeydə alınıb.

APA-nın Mərkəzi Seçki Komissiyasının (MSK) saytına istinadən verdiyi məlumata görə, Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar müraciət edən 2431 nəfərdən 2358 nəfərinin namizədliyinin irəli sürülməsi təsdiqlənib, onlardan 2247 nəfəri imza vərəqələrini götürüb, 1774 nəfəri imza vərəqələrini qaytarıb. Beləliklə, artıq imza vərəqələrini qaytaranların 90 faizindən çoxunun namizədliyi qeydə alınıb.

Bu gündən deputatlığa namizədlərin təşviqat kampaniyasına start verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 886

Oxşar yazılar