Cinayətkar aləmə meylli idilər, narkotiklə tutuldular
16 yanvar 2020 18:22 (UTC +04:00)

Cinayətkar aləmə meylli idilər, narkotiklə tutuldular

 


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəki şəhər sakini, 31 yaşlı Rafiq Əhmədovu saxlayıb. Şəxsi axtarış zamanı ondan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. 

Araşdırmalarla ona həmin narkotik vasitəni satan şəxsin 37 yaşlı şəhər sakini Polad Əfəndiyev olduğu müəyyən olunub. P.Əfəndiyev də şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı ondan da heroin aşkarlanıb. Faktla bağlı Şəki rayon Polis Şöbəsinin İstintaq Bölməsində saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb.

Qeyd edək ki, həmin şəxslər cinayətkar aləmə meylliliyi ilə diqqət çəkirlər. Polad Əfəndiyev əvvəllər də dəfələrlə məhkumluq həyatı yaşayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1414

Oxşar yazılar