963
03:58
16 Yanvar 2020

Bakıda avtomobil ağaca çırpılıb, sürücüsü ölüb

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə Bakı şəhərinin Sabunçu rayonunda qeydə alınıb.

Məlumata əsasən, "Moskviç" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Hadisə yerinə cəlb olunan nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1972-ci il təvəllüdlü Məmmədov Namiq Əliməmməd oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Yol qəzasının səbəbləri araşdırılır.