Ərindən BOŞANDI: sevindiyindən...
15 yanvar 2020 19:19 (UTC +04:00)

Ərindən BOŞANDI: sevindiyindən...

 


Hatayda ilyarımdır məhkəmə prosesi çataraq ərindən boşanan 39 yaşlı Ayten Kiliç məhkəmə binasının qarşısında zurna-qaval çaldıraraq oynayıb, oradakılara paxlava paylayıb.

Lent.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Antakya rayonunda 6 uşaq anası Ayten Kılıç ilyarım əvvəl ikinci dəfə evləndiyi ərindinin zorakılığına məruz qaldığı üçün boşanmaq üçün məhkəməyə müraciət edib. Qəbul edilən qərar əsasında qadının boşanmaqla bağlı iddiası təmin olunub. Məhkəmə qarşısında onu gözləyən uşaqları ilə qərarın sevincini paylaşan Kiliç zurna-qavalın müşayiəti ilə ətrafdakılara paxlava və içki paylayıb. 

Kiliç ikinci evliliyində çox çətin günlər keçirdiyini söyləyib. 

“İki ildir evliydim, evliliyim 2 ay sürdü. İkinci aydan sonra məhkəməyə müraciət etdik. İlyarımdır boşanmaya çalışdım, məhkəmə yenicə bitdi. Qurtulacağım gün paxlava paylayacağımı dedim və sözümə əməl edim. Mən də, uşaqlarım da çox sevincliyik. Məhkəməni qazandım. Xilas oluram”, - qadın vurğulayıb. 

Kiliç yeganə arzusunun bundan sonra 6 uşağına həm analıq, həm də atalıq etmək olduğunu deyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3280

Oxşar yazılar