Ötən il 492 əcnəbi Azərbaycan vətəndaşlığına qəbul edilib
15 yanvar 2020 12:14 (UTC +04:00)

Ötən il 492 əcnəbi Azərbaycan vətəndaşlığına qəbul edilib

 

"2019-cu il 492 əcnəbi Azərbaycan vətəndaşlığına qəbul və ya bərpa olunub".

APA-nın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətində 2019-cu ilin yekunlarına həsr olunan mətbuat konfransında DMX rəisi Vüsal Hüseynov bildirib. Onun sözlərinə görə, 2018-ci  ildə bu say 301 olub.

Xidmət rəisi bildirib ki, Azərbaycanda qaçqın statusu əsasında yaşayan əcnəbilərə yol sənədinin, pasportların verilməsinə hazırlıq prosesi də tam yekunlaşdırılıb: "Yol sənədi və onun nümunəsi artıq hazırdır. Yanvarın 23-də ölkəmizdə qaçqın statusu əsasında yaşayan əcnəbilərə pasportların verilməsi təmin ediləcək".

V. Hüseynov deyib ki, ölkəmizdə bu statusda yaşayan əcnəbilər yol sənədi əsasında digər ölkələrə də səfər edə biləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 994

Oxşar yazılar