537
19:05
13 Yanvar 2020

Keçmiş məhkumlardan külli miqdarda narkotik götürüldü

Bakıda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, Yasamal rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əliyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 11 qramdan artıq heroin götürülüb.

29-cu Polis Şöbəsinin əməkdaşları onun evindən 14 kiloqram 595 qram marixuana aşkar edilərək götürülüb.

Digər məlumata görə, Sabunçu rayon Polis İdarəsi 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Babayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 3 qrama yaxın heroin götürülüb.

Davam etdirilən tədbirlərlə onun Kürdəxanı qəsəbəsindəki evindən 1 kiloqram 10 qram heroin aşkar edilərək götürülüb.