400
05:28
13 Yanvar 2020

Bakı sakinini avtomobil vurub: vəziyyəti ağırdır

Bakının Suraxanı rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb
APA xəbər verir ki, hadisə Günəşli qəsəbəsində Kərpic zavodun yaxınlığında baş verib.
Yolun müəyyən edilməmiş hissəsindən keçən 1986-ci il təvəllüdlü Budaqov Yusif Əsgər oğlunu yüksək sürətlə hərəkətdə olan "KİA" markalı avtomobil vurub. Yaralı ağər vəziyyətdə özəl xəstəxanaların birinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, Y.Budaqov müxrəlif dərəcəli ağır bədən xəsartləri alıb. Hazırda o xəstəxananın reanimasiya şöbəsində müayinə edilir.