“Ağ Çiçəyim” şadlıq evində gənci döyərək xəstəxanalıq etdilər
13 yanvar 2020 09:06 (UTC +04:00)

“Ağ Çiçəyim” şadlıq evində gənci döyərək xəstəxanalıq etdilər

 

Bakının Yasamal rayonunda bir nəfər döyülərək sınıq xəsarətləri alıb.

Lent.az  xəbər verir ki, hadisə  “Ağ Çiçəyim” şadlıq evində baş verib.

1982-ci il təvəllüdlü Məmmədov Ruslan İman oğlu toy məclisi zamanı tanımadığı şəxslərlə mübahisə edərkən döyülüb. Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Xəstəxananın növbətçi həkiminin verdiyi məlumata görə, R.Məmmədov üz və burun sümqklərinin sınığı diaqnozu ilə qəbul edilib. Hazırda o reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1378

Oxşar yazılar