Bakının Xətai rayonunda döyülmə hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə Nobel prospektində qeydə alınıb.
1994-cü il təvəllüdlü Ağayev Pərvin Elşən oğlu "Xəzər" çörək zavodunun yaxınlığında naməlum şəxslə mübahisə edib. Bu zaman o, döyülərək ağır xəsarət alıb.
Yaralı 1 saylı şəhər xəsrəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.