Türkiyə millisinin futbolçusu icarəyə verildi
10 yanvar 2020 17:59 (UTC +04:00)

Türkiyə millisinin futbolçusu icarəyə verildi

Türkiyə milli komandasının futbolçusu Cenk Tosunun yeni klubu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, 28 yaşlı hücumçu karyerasını İngiltərə təmsilçisi “Kristal Pelas”da davam etdirəcək.

Müqavilə ilə “Everton”a məxsus olan C.Tosun yeni komandasına icarəyə verilib. O, mövsümün sonunadək bu komandada çıxış edəcək.

Qeyd edək ki, türkiyəli cari mövsüm “Everton”da 8 oyun keçirib, 1 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2293

Oxşar yazılar