13:33
10 Yanvar 2020

Boşanan müğənni onu "həyat yoldaşı" kimi təqdim etdi - VİDEO

Müğənni Lətifə Soyuöz media nümayəndələri ilə görüşüb.

Lent.az xəbər verir ki, ifaçı 3 illik fasilədən sonra "Sınaq" adlı mahnıya çəkdirdiyi klipini sevənlərinin ixtiyarına verib. Rejissorluğunu Anar Hüseynov etdiyi klipdə yüngül əxlaqlı qadınların həyatı, xəyanət əks edilib. Ssenariyə əsasən Lətifə həyat yoldaşını canlandıran Şəhriyar Əbilovu xəyanətə görə öldürür. O, üç ildir senari üzərində düşündüklərini vurğulayıb:

"Ən az 20-25 dəfə dəyişiklik edilib. Çəkilişlərimiz 5 gün davam etdi və yanvarın 1-də Anar klipi mənə göstərdi. Yeni ilə "Sınaq"la başladım. Dayanmaq yoxdur. İşlərimin davamı gələcək. Mənə hərdən sual verirlər ki, niyə büdcən var, amma Türkiyədə klip çəkdirmirsən? Əgər bizim rejissorlara da istədikləri qonorarı versən, sizi elə türklər qədər yarıdacaqlar".

Lətifə klipindəki açıq-saçıq səhnələrin yer almasına isə belə aydınlıq gətirib: "Bunların olması məni narahat etmir. Əslində klipdə hər şeyin açmasını vermək istədim ki, bu qadın niyə həmin məkana gedir və ərini öldürür. Klipdə olan janr və sözlər həmin səhnələri tələb edir. Biz Hollivuda baxırıq, maraqlı filmlər çəkirik. Bu klipi də sənətdən anlayan insanlar üçün çəkdik".

Dİgər xəbərlər