
Dünyanın ən qaranlıq şəhəri: 40 günlük zülmət... - FOTOLENT
Fotoqraf Amos Çappl Rusiyanın 40 gün günəşsiz qalan Murmansk şəhərinin şəkillərini çəkib.
Lent.az xəbər verir ki, mayın 22-dən iyulun 22-dək Günəşin heç vaxt batmadığı və gecə olmayan şəhərdə artıq 40 gündür Günəş çıxmır. Yaz aylarında demək olar ki, 2 ay elektrik enerjisindən istifadə etməyən sakinlər qazandıqları pulları qışda günəşsiz qalan gecəyə xərcləyirlər.
Rusiyada Şimal Qütb Dairəsində 30-dan çox şəhər var. Onlardan ən böyüyü 300 min əhalisi olan Murmanskdır. Şəhər 1916-cı ildə - Birinci Dünya Müharibəsi zamanı qurulub. İnanmaq çətin olsa da, bu şəhərdə 40 gün Günəş çıxmır. İnsanlar ehtiyaclarını qarşılamaq üçün 40 gün qaranlıq gecədə işləyib, alış-veriş edirlər.
Günəşsiz günlər Murmansk əhalisinin sağlamlığına da təsirsiz ötüşmür. Çünki ultrabənövşəyi işıq və vitamin çatışmazlığı səbəbindən şəhər sakinləri arasında depressiya və letargiya yaşayanların sayı getdikcə artır. Bütün bu sıxıntılara baxmayaraq, Murmansk şəhərinin sakinləri hələ də orada yaşamaqdan məmnundurlar.

Fəxriyyə Mahmudova
Oxşar yazılar

Ərdoğan İlon Maskla kosmik əməkdaşlığı müzakirə etdi
27 yanvar 2021 , 23:40Gənc reper özünü öldürdü
27 yanvar 2021 , 19:19
Evli sevgilisini güllələyib sonra da...
27 yanvar 2021 , 16:44
Bu ölkədə 76 günə virusdan ölüm sayı 100 mini keçdi
27 yanvar 2021 , 09:45
Koronavirusun daha təhlükəli nəticələri MƏLUM OLDU
27 yanvar 2021 , 08:10Həftəsonu Yer kürəsi yaxınlığından böyük asteroid keçəcək
27 yanvar 2021 , 04:18
Etirazçılar Paşinyanın diplomatik pasportunu oğurlayıblar
27 yanvar 2021 , 02:12
Dünyada koronavirusa yoluxanların sayı 100 milyonu keçdi
27 yanvar 2021 , 00:10