Bərdədə qaçırılmış avtomobillə yol qəzası törədilib
10 yanvar 2020 03:14 (UTC +04:00)

Bərdədə qaçırılmış avtomobillə yol qəzası törədilib

 

Bərdədə oğulanmış avtomaşınla zəncirvari qəza törədilib.

APA-nın məlumatına görə, hadisə Bərdənin Üzeyir Hacıbəyov küçəsində baş verib.

Bərdə rayon sakini Vüaqr Əliyevə məxsus qaçırılmış “Mercedes” markalı avtomaşın zəncirvari yol-nəqliyyat hadisəsinin yaranmasına səbəb olub. ”Mercedes” əvvəlcə “VAZ 2106”, daha sonra isə” Tofaş” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində "Tofaş"da olan şəxs müxtəlif dərəcəli bədən xəsarəti alıb.

"Mercedes" markalı avtomobili qaçıraraq qəzanı törətməkdə şübhəli bilinən şəxs Bərdə Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1152

Oxşar yazılar