758
17:26
09 Yanvar 2020

Məzahir Pənahov sosial şəbəkələrlə bağlı xəbərdarlıq etdi

“Sosial şəbəkədə təşviqat aparmaq Seçki Məcəlləsində nəzərdə tutulmayıb. Ancaq hazırda bütün həyatımız sosial şəbəkə üzərində qurulub. Biz əgər bunu qadağan etsək, dünyanın heç yerində bizi başa düşməzlər".

APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.

M. Pənahovun fikrincə, MSK-nın hüququ var ki, Seçki Məcəlləsinə uyğun olaraq, qərar çıxarsın və seçkiqabağı təşviqat başlamazdan əvvəl sosial şəbəkədə təşviqat dayandırılsın: “Biz bunu ona görə etmirik ki, digər mövqelər var, həmin mövqelər də reallıqda sosial şəbəkənin üstündə getməlidir. Əgər biz bunu qadağan etsək, dünyanın heç bir yerində bizi başa düşməzlər, hesab edirik ki, belə daha yaxşıdır. İndiyə kimi də bununla bağlı bizə hansısa müraciət daxil olmayıb. Bütün yaradılan imkanlardan istifadə etmək lazımdır. Lakin namizədlər təşviqat məsələsində qanunvericiliyin tələblərinə riayət etməlidir".