2949
19:19
09 Yanvar 2020

Avstraliyada vəhşi atlar da öldürüləcək

Cənubi Avstraliyada çox su içdikləri üçün dəvələrin öldürülməsi ilə bağlı qərara vəhşi atlar də daxil olunub.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə BBC açıqlama yayıb.

Xəbərdə o da qeyd olunub ki, dəvələrin öldürülməsinə sosial media istifadəçilərindən sərt reaksiya olub. Koala və kenqurulara göstərilən həssaslıq qarşısında dəvələrin ölüdürülməsi tənqid olunub. Ümumillikdə ölkədə 1,2 milyon olduğu ehtimal edilən dəvələrin sayını nəzarət altına almaq üçün aparılacaq əməliyyatın 5 gün davam etməsi planlaşdırılıb.

Qeyd olunur ki, dəvələri Avstraliyaya 19-cu əsrdə Hindistan, Əfqənistan, Yaxın Şərqdən ingilis mühacirlər gətirib.

Qeyd edək ki, Avstraliya hökuməti ötən il ölkədəki yerli növləri yox edən vəhşi pişikləri öldürmək üçün zəhərli sosiska istifadə edəcəyini açıqlamışdı. Ölkə 2020-ci ilə qədər 2 milyon pişiyi öldürmək üçün öhdəlik götürmüşdü.

Dİgər xəbərlər