Bakıdan gedib rayonda 15 minlik oğurluq etdi
09 yanvar 2020 11:39 (UTC +04:00)

Bakıdan gedib rayonda 15 minlik oğurluq etdi

Astarada yaşayış evindən oğurluq edən şəxs saxlanılıb. 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Astara şəhər sakini M. Mirzəyeva yanvarın 3-də yaşadığı evdən 15 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət edib. Astara rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş şəxs müəyyən edilərək saxlanılıb. 

Araşdırmalarla onun Bakı şəhəri Binəqədi rayon sakini, əvvəllər məhkum olunmuş Ruslan Bağıyev olduğu müəyyən edilib. Oğurladığı qızılların bir qismi ondan aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1362

Oxşar yazılar