8 gün əvvəl yol qəzasında xəsarət alan kişi bu gün xəstəxanada öldü
08 yanvar 2020 23:46 (UTC +04:00)

8 gün əvvəl yol qəzasında xəsarət alan kişi bu gün xəstəxanada öldü

 

 

Ötən ilin dekabrın 31-də Gədəbəydə baş verən ağır yol qəzasında xəsarət alan 84 yaşlı İsa Həsənov ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, o, xəstəxanada müalicə olunurdu. Həkimlərin səyinə baxmayaraq İ.Həsənov bu gün dünyasını dəyişib.

Qeyd edək ki, ötən il dekabrın 31-də  Gədəbəy rayon mərkəzində hərəkətdə olan "Volkswagen Passat" və "VAZ-2109" markalı minik avtomobilləri  toqquşub. Qəza nəticəsində "VAZ"da olan 45 yaşlı Fərman Həsənov və onun atası 84 yaşlı İ.Həsənov xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdilər. F.Həsənov həmin gün dünyasını dəyişə də, atasının vəziyyəti ağır idi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1202

Oxşar yazılar