16:52
08 Yanvar 2020

İntim videosu yayıldı, səlahiyyəti əlindən alındı


“Malaqa”nın baş məşqçisi Viktor Sançesin səlahiyyətləri əlindən alınıb.

Lent.az -ın məlumatına görə, bu barədə İspaniya klubunun rəhbərliyi qərar qəbul edib.

Buna səbəb Sançesin intim videosunun internetdə yayılmasıdır.

44 yaşlı çalışdırıcı tvitter səhifəsində şantaja məruz qaldığını və polisin istintaqa başladığını yazıb.

Sequnda təmsilçisi isə araşdırma bitənə qədər Sançesi baş məşqçi hüququndan məhrum edib.

Qeyd edək ki, Viktor Sançes 2019-cu ildən “Malaqa”nı çalışdırır.

Dİgər xəbərlər