1326
18:12
08 Yanvar 2020

Bibiheybət yolundakı son vəziyyət AÇIQLANDI

Bibiheybət yolundan istifadə edən sürücü və sərnişinləri həmin yolda hərəkətin tam bərpasının nə zaman baş verəcəyi daha çox maraqlandırır. Hazırda ərazidə hansı işlər aparılır və yolun tam bərpası nə zaman yekunlaşacaq?

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli Lent.az -a bildirib ki, hazırda ərazidə iş aparılır və yolun yamacında bərgitmə işləri aparılır: “Vətəndaşların gediş-gəlişinin bir az rahatlaşması üçün avtomobil yolunun heç olmasa bir istiqamət üzrə bərpasını həyata keçirməyə çalışdıq. Yeni il ərəfəsində bir istiqamət üzrə iki zolaq bərpa olundu və sürücülərin istifadəsinə verildi. Yoldan aşağı hissədə - Su İdmanı Sarayından üzü juranilstlərin binasına və Bakı Ali Neft Məktəbi istiqamətləri üzrə gediş-gəlişdə heç bir problem yoxdur. Problem şəhərdən çıxışdadır. Çıxış isə 20-ci sahə vasitəsilə Bibiheybət istiqamətində mümkündür”.

A.Nəcəfli onu da bildirib ki, bu ilin birinci rübü ərzində işlərin tam yekunlaşdırılması planlaşdırılıb: “Hazırda yolun aşağı hissəsində, yamacda bərkitmə işləri görülür. İstinad divarları qurulduqdan, tam təhlükəsizlik təmin olunduqdan sonra digər hərəkət zolaqlarının da bərpası yerinə yetiriləcək və Bibiheybət üzrə həm girişdə, həm də çıxışda hərəkət tam bərpa olunacaq”.