Kriminal aləmin "Ramoş"u saxlanıldı - FOTO - YENİLƏNİB
08 yanvar 2020 09:29 (UTC +04:00)

Kriminal aləmin "Ramoş"u saxlanıldı - FOTO - YENİLƏNİB

Gəncə sakinindən silah götürülüb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən xəbərə görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları daxil olan məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, kriminal aləmdə “Ramoş” ləqəbi ilə tanınan 38 yaşlı Bəhram Səmədov  saxlanılaraq Baş Polis İdarəsinə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd “ Makarov” tipli tapança, həmin silaha məxsus 5 ədəd güllə sandıqcası ilə birlikdə  aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2097

Oxşar yazılar