Nərminin ölümü ilə bağlı məsələ nəzarətə götürülüb - KOMİTƏDƏN açıqlama
07 yanvar 2020 16:33 (UTC +04:00)

Nərminin ölümü ilə bağlı məsələ nəzarətə götürülüb - KOMİTƏDƏN açıqlama

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Tovuz rayonu, Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın ölümü ilə bağlı məsələ nəzarətə götürüb, aidiyyəti qurumlar araşdırılma aparır.

Bu barədə Lent.az-a komitədən məlumat verilib.

Qurumdan bildirilib ki, hadisə ilə bağlı bütün lazımi və təxirəsalınmaz tədbirlər görüləcək, cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi, eləcədə cinayətkarın öz layiqli cəzasını alması üçün bütün addımlar atılacaq: “Baş vermiş hadisə bir daha valideynlərin yetkinlik yaşına çatmayan uşaqları ilə münasibətdə daha da məsuliyyətli olmasının vacibliyini ortaya çıxarır”.

Komitə valideyn məsuliyyətini bir daha vurğulayaraq, valideynlərə uşaqlara nəzarətin artırılmasını, onlarla mümkün qədər çox ünsiyyətdə olmalarını, övladlarının davranışlarını daim nəzarətdə saxlamalarını, eyni zamanda valideynlərə öz uşaqlarına qarşı məsuliyyətli, həssas və qayğılı olmalarını tövsiyə edir: “Bir daha qeyd edirik ki, uşaqlara qarşı istənilən laqeyd münasibət, zorakılıq, qəddar davranış yolverilməzdir və bu cür hallarda qanunvericiliyə əsasən zorakılığı törədənlər mütləq şəkildə məsuliyyətə cəlb ediləcək”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3605

Oxşar yazılar