Spirtli içkidən ölüm faktına görə mağaza sahibi tutuldu - RƏSMİ
07 yanvar 2020 12:42 (UTC +04:00)

Spirtli içkidən ölüm faktına görə mağaza sahibi tutuldu - RƏSMİ

Daxili İşlər Nazirliyi (DİN) Bakıda daha bir nəfərin spirtli içkidən ölməsi faktı ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yanvarın 2-də Bakı şəhər sakini Yusif Hüseynov dərmandan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilmiş və orada ölüb.

Araşdırmalarla onun spirtli içkidən ölməsi müəyyən edilib.

Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində spirtli içkini satan, Q.Qarayev prospektində yerləşən bazardakı topdan satış mağazasının sahibi, Bakı şəhər sakini S.Seyidov saxlanılıb.

# 1976
avatar

Oxşar yazılar