“Ağ bığlılar” Pantomimanın səhnəsində
07 yanvar 2020 12:29 (UTC +04:00)

“Ağ bığlılar” Pantomimanın səhnəsində

Azərbaycan Dövlət Pantomima Teatrında Nurlan Rüstəmovun “Ağ bığlılar” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa növbəti dəfə yanvarın 18-də oynanılacaq.

Lent.az xəbər verir ki, Əməkdar artist Bəhruz Əhmədlinin quruluşunda oynanılacaq tamaşada iki süpürgəçinin iş prosesində başlarına gələn komik və kədərli əhvalatlarından danışılır.

Tamaşada süpürgəçilərin düşdükləri çıxılmaz situasiyalardan, hərəsinin özünəməxsus davranışlarından, hadisəyə verdikləri reaksiyalardan və möhkəm dostluq tellərindən də bəhs edilir.

Tamaşanın müəllifi və musiqi tərtibatçısı Nurlan Rüstəmovdur.

Tamaşada rolları Əməkdar artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Solmaz Bədəlova, Rafael Şahbəyli, Elmin Qiyaslı ifa edəcək.

# 6555
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar