"Bayram ərəfəsində və bayram günlərində ümumilikdə 100 mindən çox sərnişin şəhərlərarası və beynəlxalq istiqamətlərə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) yola salınıb".
Bu barədə Lent.az-a BBAK-ın mətbuat katibi Pərvin Məmmədova məlumat verib. O bildirib ki, sərnişin axını ən çox dekabrın 30-u və yanvarın 2-də müşahidə olunub:
"Bu tarixlərdə bir gün ərzində 17 mindən çox sərnişin biletlə təmin olunub. Ən sevindirici hal isə istər "Məlumat Mərkəzi"nə, istərsə də "Facebook" ünvanımıza daxil olan müraciətlər arasında şikayət qeydə alınmaması olub.
Bildirim ki, yarana biləcək hər hansı neqativ halla bağlı hər gün saat 07:00-dan 23:30-a qədər (012) 406-01-58/59 nömrəli "Məlumat Mərkəzi"nə zəng edə bilərsiniz.
Eyni zamanda, "Facebook" və [email protected] email ünvanı üzərindən də yazıb göndərə bilərsiniz.
Vacib bir məqamı da xatırlatmaq istəyirəm ki, xüsusən bayram günlərində biletləri reysin yola düşməsinə bir neçə saat qalmış almağınızı tövsiyə edirik. Biletləri avtovağzala gəlmədən avtovagzal.az saytı və ya mobil tətbiq vasitəsilə də əldə edə bilərsiniz".