Yol qəzası: aldığı xəsarətdən yerindəcə keçindi - FOTO
04 yanvar 2020 10:51 (UTC +04:00)

Yol qəzası: aldığı xəsarətdən yerindəcə keçindi - FOTO

 

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonundan keçən hissəsində qeydə alınıb. 99 GH 604 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil yolun kənarında dayanmış 99 EK 013 dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobilə çırpılıb. Nəticədə həmin vaxt “Opel”in arxa tərəfində dayanmış sürücüsü aldığı xəsarətdən ölüb.

Faktla bağlı araşdırma apaılır. 

# 5051
avatar

Oxşar yazılar