18:41
03 Yanvar 2020

“Çempionatda heç nə həll olunmayıb” – Yurqen Klopp

“Liverpul”un baş məşqçisi Yurqen Klopp komandasının “Şeffild Yunayted” üzərində qələbəsini şərh edib.

Lent.az xarici mediaya istinadən bildirir ki, onun sözlərinə görə, əlbəttə, il ərzində yenilməz qalmaq çox xoşdur: “Bu matçda bu göstəriciyə çatmaq üçün bir vəzifə yox idi, məqsəd müəyyən bir oyunda qalib gəlmək idi. Biz topa nəzarət edirdik. Uşaqlar sensasiyalı oynadılar. Ciddi konsentrasiyaya ehtiyac duyurduq və çox çətin idi, amma futbolçular yaxşı bacardılar. Çempionatda heç nə bitməyib. Mən çox xoşbəxtəm və uşaqlar ilə çox qürur duyuram”.

Xatırladaq ki, “Liverpul” dünən axşam İngiltərə çempionatının 21-ci turunda öz meydanında “Şeffild Yunayted”ə 2:0 hesabı ilə qalib gəlib.

Qolları rəqib qapısından 4-cü dəqiqədə Sadyo Mane və 64-cü dəqiqədə Məhəmməd Salah keçiriblər.

Dİgər xəbərlər