3976
15:10
03 Yanvar 2020

İranın ali dini lideri general kimi öldürüləcəyindən qorxur

İranın ali dini lideri ayətulla Hameneyinin canına İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Əl Qüds” xüsusi təyinatlı qüvvələrininin rəhbəri Qasım Süleymanının öldürülməsindən sonra vəlvələ düşüb.

Lent.az Lenta.ru-ya istinadla bildirir ki, bunu bu gün özünün Twitter səhifəsində jurnalist Babak Taqvey yazıb.

Onun məlumatına görə, ayətulla özünün də Süleymani kimi öldürüləcəyindən ehtiyat edir. Taqvey qeyd edir ki, Hameneyi hazırda İranın milli təhlükəsizlik Ali Şurasının iclasına rəhbərlik edir və burada onun şəxsi təhlükəsizliyi məsələsinin müzakirə olunacağı da ehtimal edilir.

Qeyd edək ki, “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı olmuş general Qasım Süleymani yanvarın 3-də ABŞ hərbi qüvvələrinin Bağdadda endirdiyi aviazərbələr nəticəsində öldürülüb.