11513
12:59
03 Yanvar 2020

Azərbaycan ötən il bu ölkələrlə diplomatik münasibətlər qurub - RƏSMİ

2019-cu ildə Azərbaycan ilə Tanzaniya Birləşmiş Respublikası, Barbados və Namibiya Respublikası arasında diplomatik münasibətlərin qurulmasına dair birgə kommunikelər imzalanıb, həmçinin Monteneqro və Slovakiyanın Azərbaycanda səfirlikləri təsis edilib və Avstriyanın Zalsburq şəhərində Azərbaycanın fəxri konsulluğu fəaliyyətə başlayıb.

Lent.az -ın xəbərinə görə, bu barədə 2019-cu ilin yekunlarına dair Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat buraxılışında bildirilib.

“Xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının hüquqi vəziyyətinin yaxşılaşdırılması və ikitərəfli əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədi ilə Özbəkistan, Şimali Makedoniya Respublikası, Gürcüstan, Rusiya və Tacikistanla xarici işlər nazirlikləri arası ikitərəfli konsulluq məsləhətləşmələri keçirilib”, - məlumatda qeyd olunub.