Doll "Qarabağ" və istefasından danışdı
01 yanvar 2020 15:12 (UTC +04:00)

Doll "Qarabağ" və istefasından danışdı

APOEL-in sabiq baş məşqçisi Tomas Doll Kipr klubundan ayrılmasının səbəbləri haqda danışıb.

O, bu zaman Çempionlar Liqasında "Qarabağ"a qarşı keçirdikləri oyunu da xatırladıb: "Avqustun 7-i Kiprə getdim, 8-i komandanı qəbul etdim 4 gün sonra isə Azərbaycanda "Qarabağ"a 2:0 hesabı ilə qalib gəldik. Hamı tərəfindən təbrik edildik. Futbol belədir.

2019-cu il mənə çox şey öyrətdi. Əgər bir klub rəhbərliyi məşqçisini dəstəkləmirsə, orada qalmaq şansınız yoxdur. Ağlamaq istəmirəm, amma həqiqətən belədir.".

Qeyd edək ki, APOEL ÇL-in 3-cü təsnifat mərhələsinin  cavab oyununda "Qarabağ"a 2:0 hesabı ilə qalib gələrək pley-off-a yüksəlmişdi. Komanda pley-off-da "Ayaks"a uduzmuşdu.

Əlavə edək ki, APOEL Tomas Dollun rəhbərliyi altında Avropa Liqasında sona bir tur qalmış 1/16 final mərhələsinə vəsiqəni rəsmiləşdirmişdi. Komanda Avroliqada "Qarabağ"la Bakıdakı oyunda heç-heçə (2:2) edib, evdə qalib (2:1) gəlib.

Doll dekabrda istefaya göndərilib.

(Qol.az)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1532

Oxşar yazılar