Minik avtomobili ilə mikroavtobus toqquşub, sürücü ağır yaralanıb
01 yanvar 2020 02:17 (UTC +04:00)

Minik avtomobili ilə mikroavtobus toqquşub, sürücü ağır yaralanıb

 

 

Lənkəranda baş verən qəzada sürücü ağır yaralanıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Digah kəndində qarşı-qarşıya gələn "Mercedes Sprinter" və "VAZ 2107" markalı nəqliyyat vasitələri toqquşub. 

Qəza nəticəsində "VAZ 2107" markalı minik avtomobilinin sürücüsü, Göyşaban kənd sakini, 1974-cü il təvəllüdlü Vasif Həmid oğlu Qurbanov ağır yaralanıb və Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 987

Oxşar yazılar