10516
14:12
01 Yanvar 2020

Rahat birləşdirə biləcəyiniz geyim nümunələri - FOTOLENT

Hər səhər nə geyinəcəyinizi düşünmək, xüsusən də sıx iş qrafikiniz varsa, çox çətin ola bilər. Ancaq bir neçə əsas elementlərlə bu qayğıdan canınızı qurtara bilərsiniz. Bunun üçün qeyd edilən parçaları qarderobunuza əlavə etməlisiniz.

Lent.az Türkiyə mətbuatına istinadən sözügedən geyim nümunələrini təqdim edir:

Sadəlik

Sadə cins şalvar və hörmə kofta qarderobunuzun hər zaman əl çatan yerində durmalıdır. Hörmə sviteri cins şalvarla kombinə edərək üslubunuzu daha şıq və müasir göstərəcəksiniz.

Blazer pencəklər

Yeni mövsümdə blazer pencəkləri müxtəlif üslubda görə biləcəksiniz. Blazer pencəkləri, cins şalvarla və ya yupka ilə kombinə edə bilərsiniz.

Şıq çəkmələr

Dəbli çəkmələr kombinə etməyin xilaskarıdır. Şıq bir çəkmə ilə dəbli görünmək mümkündür. Bəyəndiyiniz bir çəkmə mütləq qarderobunuzda yer almalıdır.

Triko parçalar

Triko paltarlar isə mövsümün xilaskar parçasıdır.


Çantalar

Zərif bir çiyin çantası 90-cı illərin xanımının cazibəsini sizdə əks etdirəcəkdir.


Saten yupkalar

Saten yubkalar təkcə yaz deyil, həm də payız, qış mövsümünün əvəzolunmaz hissəsidir. Bu ətəkləri böyük ölçülü sviterlərlə və uzun palto ilə birləşdirə bilərsiniz.