Evdən kişi meyiti tapıldı
30 dekabr 2019 15:36 (UTC +04:00)

Evdən kişi meyiti tapıldı

 

Yevlaxda evdən meyit tapılıb.

Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Yevlax şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Aran Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1955-ci il təvəllüdlü Muxtarov Nizami İbrahim oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1089

Oxşar yazılar