Yeni teleskop Yerə bənzər planetlər axtaracaq - FOTO
30 dekabr 2019 19:33 (UTC +04:00)

Yeni teleskop Yerə bənzər planetlər axtaracaq - FOTO

ABŞ Kosmik Agentliyinin (NASA) yeni “HabEx” adlı teleskop hazırlayıb.

Lent.az “ictnews”a istinadən xəbər verir ki, yeni qurğu şəraitinə görə Yer kürəsinə bənzəyən planetlərin axtarışı ilə məşğul olacaq.

Layihənin dəyəri 7 milyard dollardan çox qiymətləndirilir.

Yer kürəsində baş verə biləcək mümkün potensial ekoloji fəlakətlər və əhali sayının artımı ilə əlaqədar gələcəkdə bəşəriyyət “ehtiyat planetə” ehtiyac duyacaq. Bu məqsədlə “NASA” belə göy cisimlərinin axtarışı üçün teleskop təklif edib: “Habitable Exoplanet Observatory” (HabEx) adlı missiya məhz şəraiti Yerdəkinə yaxın planetləri axtaracaq.

“Bizim məqsədimiz həyatı dəstəkləyə bilən planeti axtarmaqdır. Tərəfimizdən Günəş sistemindən kənar bir neçə planetin identifikasiya edilməsinə baxmayaraq indiyədək onların heç birində həyat üçün zəruri elementlər aşkarlanmayıb. “HabEx” missiyası bizə bu işin öhdəsindən gəlməyə kömək edəcək”, – “NASA” əməkdaşı və Ohayo Universitetinin elmi əməkdaşı Skott Qaudi bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1381

Oxşar yazılar