Keçmiş məhkum özünü güllələdi
30 dekabr 2019 12:59 (UTC +04:00)

Keçmiş məhkum özünü güllələdi

Masallıda kənd sakini ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumaat görə, hadisə ötən gün Masallı rayonu, Çaxırlı kəndinin meşə zolağında baş verib. Təkdam kənd sakini, əvvəllər məhkum olunmuş S.Qədiyevin qarın nahiyəsinin qırma yarası ilə xəstəxanaya gətirilməsi barədə rayon Polis Şöbəsinə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları müvafiq tədbirlər həyata keçirib.

Araşdırmalarla onun tüfəngdən açdığı atəşlə özünə xəsarət yetirməsi müəyyən edilib. Hadisə yerinə baxış zamanı müvafiq sənədləri olmayan nömrəsi silinmiş tüfəng aşkar edilərək götürülüb.

Rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1055

Oxşar yazılar