Azərbaycanda axtarışda olan 22 nəfər saxlanıldı
30 dekabr 2019 12:48 (UTC +04:00)

Azərbaycanda axtarışda olan 22 nəfər saxlanıldı

Ötən gün ölkədə baş verən kriminal hadisələrin statistikası açıqlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, gün ərzində törədilmiş 12 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.    

Axtarışda olduğuna görə ümumilikdə 22 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Yollarda baş verən 2 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb. 

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 894

Oxşar yazılar