1617
16:15
29 Dekabr 2019

Sabahdan bu marşrutda yeni avtobuslar işləyəcək

Dekabrın 30-dan 160 saylı müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti 12 metrlik BMC Procity markalı avtobuslarla yerinə yetiriləcək.

Lent.az -a Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, agentliyin tələbinə əsasən marşrut xətti üzrə daşıyıcı “Çinar Trans” Məhdud Məsuliyyətli Cəmiyyət 20 ədəd yeni avtobus alıb.
Avro 6 standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik BMC Procity markalı avtobusların istismara verilməsi 57 min nəfərə yaxın əhalisi olan Binə qəsəbəsində sərnişindaşımanın vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

Hazırda 160 saylı müntəzəm marşrut xətti üzrə istismarda olan avtobuslar sərnişin axınına adekvat olmadığından sakinlərin narahatlığına səbəb olurdu. Bununla bağlı, ötən dövrdə Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətlər daxil olurdu. Avtobus parkının yenilənməsi ilə yanaşı “Çinar Trans” mövcud istehsalat bazasının ərazisini də genişləndirib və yeni təmir sexləri yaradılıb.